“Nəticəni bir səhv həll etdi” – Füzuli Məmmədov
03.10.2020 - 18:52
“Nəticəni bir səhv həll etdi” – Füzuli Məmmədov

“Məğlubiyyət bizi məyus etdi. Halbuki yaxşı oynayırdıq, nəzarət bizim əlimizdə idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə keçirilən oyun barədə danışarkən deyib.

Səfər matçının son dəqiqələrində buraxdığı qolla məğlub olan (0:1) “ağ-qaralar”ın çalışdırıcısı oyunsonrası mətbuat konfransında meydana qələbə üçün çıxdıqlarını söyləyib: “Kobud səhvlər bağışlanılmır. Oyunun nəticəsini bir səhv həll etdi. Futbolçuların mübarizə əzmindən razı qaldım. Bu cür səhv Stankoviç kimi futbolçuya təsir edə bilər. Mən ona dəstək oldum, çünki Vojislav keyfiyyətli oyunçudur. Ümumi götürsək, bu mövsüm yalnız “Sumqayıt”la qarşılaşmanı zəif keçirmişik. Növbəti matçlarda daha çox xallar toplamağa çalışacağıq”.

Məmmədov komandasının hücum xəttində problem yaşamadığını bildirib: “Sadəcə, bu gün “Zirə” müdafiədə sayıq oynadı. Belədə qol vurmaq çətin olur. Bu gün pis oynamadıq. Ancaq qol vurmadan qələbə qazanmağın mümkün deyil”.

0
Azərbaycan Premyer Liqası Zirə - Neftçi Füzuli Məmmədov