“Nyukasl” Bundesliqada müdafiəçi tapdı – 15 milyona
24.01.2022 - 22:21
“Nyukasl” Bundesliqada müdafiəçi tapdı – 15 milyona

İngiltərə “Nyukasl”ı heyətinə yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, “Bayer”in müdafiəçisi Mitçel Bakker Premyer Liqa təmsilçisinə keçəcək.

Artıq tərəflər arasında bütün detallar razılaşdırılıb. Bakkerin keçidi yaxın müddətdə rəsmiləşəcək. Premyer Liqa klubu onun üçün Bundesliqa təmsilçisinə 15 milyon funt sterlinq ödəyəcək.

Qeyd edək ki, niderlandlı müdafiəçi cari mövsümün 16 matçında 1 qola imza atıb.