İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan komandanın hücumçusu Kərim Benzemanın uğurlu çıxışına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis La Liqanın son oyununda “Atletik”in qapısından iki top keçirərək komandasına (3:1) qələbə qazandıran həmyerlisinin ünvanına tərif yağdırıb.
Zizu hətta 33 yaşlı oyunçunu Fransa tarixinin ən yaxşı forvardı hesab edib: “Mənə görə Benzema Fransa futbol tarixinin ən yaxşı hücumçusudur. Etdikləri və göstərdikləri ilə yanaşı, uzun müddət “Real”da oynadı. 500 oyun və vurduğu qollar onun rekordlarıdır. Kərimin qazandığı uğurlar göz önündədir. Mənim üçün o, ən yaxşısıdır”
Qeyd edək ki, Kərim Benzema cari mövsüm La Liqada 6 qol, 3 assistlə yadda qalıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”