“Məncə ötən il çempionatda ən yaxşı çıxış edən futbolçu Abdullah Zubir oldu”.
Bunu apasport.az saytının Azərbaycanda 2020-ci ilin ən yaxşı futbolçusu sorğusuna cavabında “Sumqayıt” klubunun yarımmüdafiəçisi Elvin Məmmədov deyib.
33 yaşlı orta sahə oyunçusu fransalı futbolçunun “Qarabağ”a çox xeyir verdiyinin düşünür. Məmmədov həmçinin Ağdam klubunun digər yarımmüdafiəçisi İsmayıl İbrahimlini də tərifləyib: “Zubir oyun üslubuna görə tam fərqli futbolçudur və komandasına çox xeyir verməyi bacarır. Yerli oyunçulardan isə İsmayıl İbrahimlinin adını qeyd edə bilərəm. Gənc olmasına baxmayaraq, artıq öz oyununu tapıb, oyundan-oyuna səviyyəsini daha da artırır. İsmayıl da keyfiyyətli futbolçudur”.
Qeyd edək ki, buna qədər “Qarabağ”ın kapitanı Maksim Medvedev də ilin ən yaxşı futbolçusu kimi Abdullah Zubiri seçib.
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı