“Mançester Yunayted” klubu “Old Trafford” stadionunda yenidənqurma işləri aparacaq.
Apasport.az saytının məlumatına görə, bununla bağlı şirkətlərlə danışıqlara da başlayan klub sahibləri yenidənqurmanın hansı şəkildə aparılacağını nəzərdən keçirir.
Mançesterlilər bir neçə variant üzərində baş sındırır. Onlardan biri “Old Trafford”un tamamilə sökülməsidir. 74 min 140 tamaşaçı tutumuna malik arenanın yerində yenisi inşa olunacaq. Bu ərazidə əlavə kiçik arena da tikiləcək ki, burada qadınlardan ibarət komanda və akademiyanın təmsilçilər çıxış edəcək.
Lakin digər variantlara üstünlük verilməsi də istisna deyil. Bunlardan biri Cənub tribunasının genişləndirilməsidir. Belə addım tamaşaçı tutumunu 80 minə çatdıracaq. Üçüncü variant kimi bütün arenanın yenidənqurmaya məruz qalması ilə bağlıdır.
Qeyd edək ki, “Old Trafford” 1910-cu ildə inşa olunub.