“Slovakiya milli komandasının AVRO-2020-nin final mərhələsinə çıxmasını çox istəyirəm”.
APA-nın məlumatına görə, bunu slovakiyalı futbol mütəxəssisi Ladislav Borbeli deyil.
O, AVRO-2020-nin seçmə mərhələsinin son oyunları ərəfəsində Slovakiya yığmasının şanslarını dəyərləndirib. L.Borbeli noyabrın 16-da Xorvatiya ilə səfər, üç gün sonra Slovakiya ilə ev matçlarında qələbənin vacibliyini qeyd edib: “Amma bunu futbolçular da istəməli və bunun üçün hər iki oyunda qalib gəlməlidirlər. Onlar öncə Xorvatiya, ardınca Azərbaycan yığmasını məğlub etməyi bacarmalıdırlar. Hər iki görüşdə qələbənin zəruri olması bizim iddiaların reallığını göstərir. Çünki biz final mərhələsində oynamaq istəyirik”.
Qeyd edək ki, Slovakiya – Azərbaycan oyunu Trnavada keçiriləcək.