"Turnir öncəsi Bakıda Özbəkistan yığması ilə yoldaşlıq görüşləri keçirəcəyik. Yanvarın 24-də Xorvatiyaya yollanacağıq. İlk oyunu da ev sahibinə qarşı keçirəcəyik".
Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev deyib.
Dünya çempionatının elit-raund mərhələsinə hazırlaşan yığmamızın bu gün “Olimpik Star” İdman və Əyləncə Mərkəzinin futzal zalında mətbuat üçün açıq məşqi, eyni zamanda brifinqi təşkil edilib.
Jurnalistlər önünə çıxan Fərzəliyev ilk matçı ev sahibi Xorvatiyaya qarşı keçirməyin müsbət və mənfi cəhətlərinin olduğunu söyləyib: "Məqsədimiz qrupda ilk iki yerdən birini tutmaqdır. Yaxşı məşqlər keçimişik, ayın 13-dən bir aradayıq. İstəyimizi gerçəkləşdirmək üçün əlimizdən gələni edəcəyik. Birinci matçı Xorvatiyaya keçirmək bir tərəfdən yaxşı, bir tərəfdən də pisdir. Pis tərəfi rəqibin ev sahibi olmasıdır. Xorvatiyanın qrupdan çıxmaq şansını yüksək qiymətləndirirlər. Həm ev sahibi, həm də yaxşı heyətə malik olduğu üçün. Müsbət tərəfi isə odur ki, onlara qalib gəlsək, növbəti matçlarda bizi heç-heçə də qane edə bilər".
Fərzəliyev Rusiyanın qrupun favoriti olması fikri ilə razılaşmır: "Qrupdakı 4 komandanın hər birinin şansı eynidir. Hamısı Avropanın öndə gedən komandalarındandır. Hansısa millini favorit göstərməzdim. Hətta Rusiyanı da. Yaxın keçmişdə turnirlərdə onlarla qarşılaşmışıq. Bizdən heç də üstün cəhətləri yox idi. Başabaş oyunlar gedib. Sadəcə, onlar hər dəfə final mərhələlərində iştirak etdikləri üçün təcrübələri çoxdur. Amma biz də onlardan geri qalmırıq. Şəxsən mən komandama güvənirəm. İnanıram ki, qrup mərhələsinə vəsiqə qazanacağıq".
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək