"Onların təqdimata ehtiyacı yoxdur" - Səlahət Ağayev
06.09.2019 - 00:24
“Bizi çətin oyun gözləyir”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Səlahət Ağayev deyib.
Təcrübəli qapıçı AVRO-2020-nin seçmə mərhələsinin Uelslə sabah baş tutacaq oyununa həsr olunan mətbuat konfransında iştirak edib. S.Ağayev Kardiffdə təşkil olunacaq görüş haqda fikirlərini açıqlayıb: “Uels millisinin geniş təqdimata ehtiyacı yoxdur. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Komandada hansısa psixoloji gərginlik hiss olunmur. Oyuna köklənmişik, meydana çıxmağa tam hazırıq”.
0
0