“Həmişə istəyirəm ki, hücumçu müdafiədə də kömək etsin. Mahir Emreli isə öz işini gördü”.
Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mihneviç deyib.
O bildirib ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin “Bodo Qlimt”lə Norveçdəki oyununda (3:2) dubla imza atan Mahir Emrelinin qollarını sevinclə qarşılasa da, hücumçudan tam razı qalmayıb: “Biz onunla söhbət edəcəyik və daha çox məsləhət verəcəyik. O, 2 qol vurub. Amma etməli olduğu işi edib. Yeni klubunda debütdə 2 qol vurursansa, dərhal özünəinam artır. Heç kim sənin qolsuz dəqiqələrini saymır”.