İtaliya futbolunun canlı əfsanəsi Canluici Buffon ilk klubu “Parma”ya qayıdıb.
Apasport.az saytının məlumatına görə, öz dövrünün ən yaxşı qapıçılarından sayılan Buffonun 43 yaşında döndüyü “Parma” heç də ötən əsrin 90-cı illərindəki parlaq dönəmini yaşamır.
Onların heyətində B seriyasında çıxış edəcək qolkiper halbuki 1995-2001-ci illərdə bu klubun İtaliya Kubokunu, Superkubokunu və UEFA Kubokunu qazanmasında pay sahibi olub.
Həmin dönəmdəki “Parma”nın heyətində də kifayət qədər tanınmış simalar çıxış edib. Buffonun “Parma”da çiyin-çiyinə mübarizə apardığı oyunçulardan ibarət rəmzi “11-lik”lə sizi tanış edirik.
Qapıçı: Canluici Buffon
Mərkəz müdafiəçiləri: Lorentso Minotti, Fabio Kannavaro
Sol cinah müdafiəçisi: Antonio Benarrivo
Sağ cinah müdafiəçisi: Lillian Türam
Dayaq yarımmüdafiəçisi: Dino Bacco
Orta sahə: Dieqo Fuser, Xuan Sebastian Veron
Pleymeyker: Canfranko Zola
Hücumçular: Ernan Krespo, Enriko Kyeza