“Porto” “lipa” olmasından şübhələndiyi futbolçu ilə müqaviləni yeniləmədi
22.01.2022 - 12:10
“Porto” “lipa” olmasından şübhələndiyi futbolçu ilə müqaviləni yeniləmədi

“Porto”nun müdafiəçisi Şansel Mbemba fırıldaqlıqda şübhəli bilinir.

Apasport.az saytının məlumatına görə, Konqo DR millisinin futbolçusu komandadan ayrılacaq.

Məsələ burasındadır ki, rəhbərlik pasportla 28 yaşı olan Mbembanın Portuqaliya hakimiyyətini aldatmasında şübhələnir. İddialara görə, onun 28 yox, 34 yaşı var. “Əjdahalar” "lipa" şübhələrinə son qoymaq üçün futbolçu ilə yeni müqavilə imzalamamaq qərarına gəlib. Onun hazırkı sözləşməsi mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Şansel Mbemba 2018-ci ildən “Porto”da çıxış edir.