"Qalatasaray"ın yollarını ayırmağa çalışdığı legioner futbolçuların adını bəlli olub.
Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul təmsilçisi Belhanda, Naqatomo və Mariano ilə vidalaşmaq arzusundadır.
"Üçlüy"ün qazancı ümumilikdə 50 milyon lirədir. Klub rəsmiləri komandadan getmək niyyətində olmayan legionerlərlə artıq danışıqlara başlayıb. Ancaq futbolçuların buna isti yanaşmaması problem yaradır.
"Qalatasaray" mövsümdə Belhandaya 3,350, Marianoya 2,3, Naqatomoya isə 2 milyon avro ödəyir. 3 ulduzu istəyən klublar isə bu maaşları verməyə razılaşmır. Əgər baş məşqçi Fatih Terimin heyətdə görmək istəmədiyi bu futbolçularla yollar ayrılmazsa, qışda transferlərdə problem yaranacaq.