"Qalatasaray" pezidentinin 10 saatlıq əməliyyatı - beynindən
07.05.2020 - 23:00
"Qalatasaray"ın prezidenti Mustafa Cengiz əməliyyat olunub.
Apasport.az saytının məlumatına görə, səhhəti ilə bağlı bir neçə gündür xəstəxanada olan İstanbul klubunun rəhbəri beyin əməliyyatı keçirib.
Klubdan bildirilən məlumatda səhər saat 9-da başlayan prosesin 10 saat davam etdiyi vurğulanıb. Reanimasiyaya alınan Cengiz bir müddət orada həkim nəzarətində olacaq.
Həkimlər əməliyyatın uğurlu keçdiyini, klub prezidentinin durumunun yaxşı olduğunu açıqlayıblar.
0
0