"Neftçi"nin Kiyev "Dinamo"su ilə Antalyada keçirdiyi yoldaşlıq görüşünü izləyənlər arasında "Qalatasaray" rəsmiləri də olub.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul klubunun təmsilçiləri bu addımı "Dinamo" rəhbərliyi ilə görüşmək məqsədilə atıblar.
Məsələ burasındadır ki, Ukrayna təmsilçisinin müdafiəçisi Nikita Burda "cim-bom"un maraq dairəsindədir. "Sarı-qırmızılılar" da bununla bağlı danışıq aparmaq üçün oyun vaxtı tribunada olublar. 25 yaşlı müdafiəçinin transferində israrlı olan türklər qarşı tərəfin şərtləri ilə maraqlanıblar.
Qeyd edək ki, "Neftçi"nin rəqibinə 1:2 hesabı ilə məğlub olduğu görüşdə Nikita Burda iştirak etməyib.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək