“Qalatasaray”a qayıdır – sabiq müdafiəçisi
31.01.2022 - 16:02
“Yeni Malatyaspor” müdafiəçisi Semih Kaya ilə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, müqaviləsinə xitam verilən təcrübəli futbolçu azad agent statusu ilə “Qalatasaray”a keçməyə yaxındır.
İstanbul klubu artıq sabiq oyunçusu ilə danışıqları yekunlaşdırmaq üzrədir. Müdafiə xəttində rəqabəti artırmaq istəyən “sarı-qırmızılar” Semihin dönüşünə ehtiyac duyub.
Qeyd edək ki, 2012-15-ci illərdə Türkiyə yığmasında oynamış futbolçu 2008-17 və 2019-cu illərdə “Qalatasaray”da çıxış edib.
0
0