“Qalatasaray”da prezident seçkiləri ilə bağlı yeni qərar
22.04.2022 - 13:27
“Qalatasaray”da prezident seçkiləri ilə bağlı yeni qərar

“Qalatasaray”da prezident seçkisi ilə bağlı yeni qərar qəbul olunub.

Apasport.az saytının məlumatına görə, Asliye Hüquq Məhkəməsi klubun etirazından sonra ləğv edilən seçkilərin keçirilməsini qərara alıb.

“Sarı-qırmızılılar”ın konqresində baş tutacaq seçki ilə bağlı ehtiyat tədbiri qərarı qüvvədən düşüb. Bu isə o deməkdir ki, İstanbul təmsilçisi öncədən planlaşdırıldığı kimi, aprelin 30-da yeni prezidentini müəyyən edə biləcək.

Qeyd edək ki, hazırda “Qalatasaray”a Burak Elmas rəhbərlik edir.