“Qalatasaray”da yeni prezident seçiləcək
28.03.2022 - 10:01
“Qalatasaray” 30 gün ərzində yeni prezident seçkilərinə getməlidir.
Apasport.az saytının məlumatına görə, buna səbəb hazırkı rəhbər Burak Elmasın fəaliyyətinin İdarə Heyəti tərəfindən müsbət rəy almamasıdır.
Əsasnaməyə görə, Elmas növbəti seçkidə namizədliyini irəli sürə bilməz. Növbədənkənar seçki öncəsi namizədliyini rəsmən açıqlayan ilk şəxs Metin Öztürk olub. Həmçinin sabiq prezidentlər Dursun Özbek, Ünal Aysalın da adı gündəmdədir.
Sabiq vitse-prezident Abdurrahim Albayrak və baş məşqçi Fatih Terimin də prezidentliyə namizədliyi istisna edilmir.
0
0