“Qalatasaray”dan gedən futbolçunun yeni klubu – İstanbulda qaldı
09.06.2021 - 17:45
Türkiyənin “Qalatasaray” klubundan ayrılan Şener Özbayrakın yeni komandası bəlli olub.
Apasport.az saytının məlumatına görə, 2019-cu “sarı-qırmızılar”ın formasını geyinən futbolçu İstanbulun digər klubuna keçib.
31 yaşlı müdafiəçi karyerasını “Başakşəhər”də davam etdirəcək. Sərbəst agent statusu ilə klubunu dəyişən Şener 2 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, müdafiəçi ötən mövsüm 14 matçda meydana çıxıb.
0
0