"Qarabağ" - "Düdelanj": Biletlər satışa çıxarılır
17.11.2019 - 16:21
"Qarabağ" - "Düdelanj": Biletlər satışa çıxarılır

Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son matçının biletləri sabah satışa çıxarılacaq.

APA-nın məlumatına görə, Lüksemburqun "Düdelanj" klubuna qarşı dekabrın 12-də keçiriləcək görüşü izləmək istəyən azarkeşlər saat 12:00-dan etibarən biletləri əldə edə biləcəklər.

Bunun üçün onlar sektorlardan asılı olaraq, 2, 5, 10, 50 və 75 manat ödəməlidir. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar (Qarabağ FK fan-şop), ASAN Sumqayıt və onlayn şəkildə İticket.az vasitəsilə əldə etmək olar.

Qeyd edək ki, dekabrın 12-də baş tutacaq “Qarabağ” – “Düdelanj” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş 21:55-də başlayacaq.