“Qarabağ” “Marsel”lə oyunda çox dəyişiklik etməyəcək
23.02.2022 - 13:17
“Qarabağ” “Marsel”lə oyunda çox dəyişiklik etməyəcək

“Bir neçə mövqe var ki, hələ qərar verməmişəm”.

Apasport.az saytının məlumatına görə, bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O, Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə keçiriləcək cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında zədədən qayıdan müdafiəçi Abbas Hüseynovun hazırkı durumu barədə məlumat verib: “Abbas qış hazırlığından sonra omikrona yoluxdu, komandaya gec qoşuldu. Ardından zədələndi, idman formasından uzaqlaşdı. İndi durumu pis deyil. Sabaha qədər hələ vaxtımız var. Hələ bir məşqimiz də olacaq. Ümumiyyətlə, çox dəyişiklik etməyi xoşlamıram. Bir komandaya qarşı oyunlarda heyəti qorumağa çalışıram”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Marseldəki ilk görüşdə meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.