“Qarabağ” - “Neftçi” oyununda VAR sistemi
27.04.2022 - 14:00
“Qarabağ” - “Neftçi” oyununda VAR sistemi

VAR (Video Assistant Referee) sistemi Azərbaycanda növbəti dəfə sınaqdan keçirilib.

Apasport.az-ın “Qarabağ”ın mətbuat xidmətinə istinadən məlumatına görə, bu gün “Azersun Arena”da sistemdən istifadə olunub.

Sınaq testi “Qarabağ” və “Neftçi”nin U-17 komandalarının yoldaşlıq oyununda baş tutub.