Ağdamın “Qarabağ” klubu Azərbaycan kubokunda 90-cı qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, bu yubiley 2019/20 mövsümünün 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
Qurban Qurbanovun yetirmələri ev matçında “Keşlə”ni 1:0 hesabı ilə yenib. 1993-cü ildən kubokda mübarizə aparan ağdamlılar 90-cı qələbəni 143-cü görüşündə əldə edib. Bu qələbələrdən 55-i evdə, 29-u səfərdə, 6-sı neytral meydanda qazanılıb.
“Qarabağ” Azərbaycan kubokunda ən çox qələbə qazanan komanda adına şərik olub. Əyalət klubuna qədər “Neftçi” hamıdan çox - 90 dəfə kubok matçında qalib gəlib. Lakin bakılılar daha çox – 158 oyunda buna nail olublar.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı