Azərbaycan Premyer Liqasının XXV turunun oyun cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, mayın 3-də baş tutacaq turun matçlarının vaxtı və yeri dəqiqləşib.
Ölkə çempionu mayın 3-də bəlli ola bilər. Bunun üçün “Qarabağ” “Sabah”a uduzmamalıdır. Ağdamlılar uduzsa, qızıl medalların təmin olunması üçün ertəsi gün “Neftçi”nin xal itirməsini gözləməlidir.
Azərbaycan Premyer Liqası
XXV tur
3 may (çərşənbə axşamı)
“Qarabağ” – “Sabah”
“Azersun Arena”, 19:00
“Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu, 16:30
4 may (çərşənbə)
“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 20:00
“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 17:45