Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ”ın növbəti rəqibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Avropa Liqasının pley-offunda Polşa təmsilçisi “Legiya” ilə qarşılaşacaq.
Bu, III təsnifat mərhələsinin az əvvəl başa çatan “Legiya” – “Drita” matçından sonra dəqiqləşib. Kosovo təmsilçisi ilə görüşdə 2:0 hesablı qələbə qazanan Polşa çempionu pley-offa yüksəlib.
“Legiya” – “Qarabağ” matçı oktyabrın 1-də baş tutacaq. Bir oyundan ibarət mərhələnin qarşılaşması Polşada keçiriləcək.
Avropa Liqası
III təsnifat mərhələsi
24 sentyabr
22:30. “Legiya” (Polşa) – “Drita” (Kosovo) – 2:0
Vazolek, 24, Pekhart, 43