“Qarabağ” Sumqayıt səfərində, “Neftçi” autsayderə qarşı
21.11.2019 - 15:24
“Qarabağ” Sumqayıt səfərində, “Neftçi” autsayderə qarşı

Sabah Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra keçiriləcək turun matçları üç gün ərzində baş tutacaq.

İlk oyun günündə “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. Meydan sahibləri 4-cü pillədəki yerini qorumaq üçün son çempiondan xal almalıdır. Çempionatın lideri səfərdə qalib gəlsə, qış çempionu olacaq.

Uğursuzluq zolağında olan paytaxt klubları – “Sabah”la “Səbail” turun ikinci günündə qarşılaşacaq. Son pilləyə yuvarlanmaq təhlükəsi olan rəqiblər qələbəsiz oyunlar seriyasını bitirmək üçün mübarizə aparacaq.

Turun son günündə iki matç keçiriləcək. Liderin ən yaxın izləyicisi “Keşlə” “Zirə”nin qonağı olacaq. Əgər turun açılış matçında “Qarabağ” qalib gəlməsə, keşləlilərin xal itkisi də onları qış çempionu edəcək.

“Neftçi” yarışın autsayderi “Qəbələ”ni sınağa çəkəcək. “Keşlə”nin büdrəməsinə ümid edən “ağ-qaralar” ikinci pilləni qaytarmaq iddiasındadır. Əyalət klubu isə son pilləni tərk etmək üçün qalib gəlməlidir.
  
Azərbaycan Premyer Liqası
XII tur

22 noyabr (cümə)
“Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Kapital Bank Arena”, 19:00

23 noyabr (şənbə)
“Səbail” – “Sabah”

Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 15:00

24 noyabr (bazar)
“Neftçi” – “Qəbələ”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”, 17:00

“Zirə” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Zirə İdman Kompleksinin stadionu, 15:00

1

Qarabağ

11

8

3

0

20-3

27

2

Keşlə

11

5

4

2

13-6

19

3

Neftçi

11

5

3

3

16-10

18

4

Sumqayıt

11

4

2

5

14-16

14

5

Səbail

11

3

2

6

8-17

11

6

Zirə

11

2

5

4

11-17

11

7

Sabah

11

2

4

5

11-14

10

8

Qəbələ

11

2

3

6

9-19

9

Bombardirlər: Lorenzo Frutos ("Keşlə"), Mehdi Şərifi ("Sumqayıt") - 5 qol.