“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi 2020-ci il yanvarın 7-də klubun bazasında bir araya gələcək.
Azərbaycan çempionu mövsümün ikinci yarısının hazırlıqlarına Bakıda start verəcək. “Qarabağ” yanvarın 12-də Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.
Qonşu ölkədə 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında ağdamlılar 4 yoxlama oyunu keçirəcək. “Qarabağ” yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, 22-də Qazaxıstanın "Jetisu", 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla Plotsk" klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, yanvarın 26-da komanda Bakıya dönərək fevralın 2-də baş tutacaq “Səbail"lə matçın hazırlıqlarını burada davam etdirəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı