Avropa Liqasının pley-off mərhələsinin topu təqdim olunub.
Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin 1/16 final mərhələsindən başlayaraq yeni toplardan istifadə olunacaq.
UEFA özünün rəsmi tvitter səhifəsində yeni idman ləvazimatının şəklini paylaşıb. Final oyunu Polşanın Qdansk şəhərində keçiriləcək turnirdə mübarizəni davam etdirən 32 komanda qarşılaşmalarını bu topla keçirəcək.
Qrup mərhələsində mübarizə aparmış yeganə Azərbaycan komandası “Qarabağ” isə bu topu görməyəcək. 1/16 finala vəsiqə üçün əla şanslara malik olan ölkə çempionumuz qrupun V turunda şansları ilə vidalaşıb və yekunda 3-cü yeri tutub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı