“Qarabağ” çempionluğu təxirə saldı, “Zirə” Sumqayıtda qalib gəldi
24.04.2022 - 21:56
“Qarabağ” çempionluğu təxirə saldı, “Zirə” Sumqayıtda qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, bütün matçlar eyni gündə baş tutub.

Turun açılış oyunu Qəbələdə olub. Şəhərin eyniadlı komandası lider “Qarabağ”ı qəbul edib. Ağdam təmsilçisi ilk 15 dəqiqədə vurduğu iki cavabsız qol sayəsində səfərdən qalibiyyətlə dönərək, çempionluğa bir addım da yaxınlaşıb. “Qarabağ” bu turda çempionluğunu rəsmiləşdirməsə də, bunu ən azı bir turluq təxirə salıb.

“Sabah” “Qəbələ”nin büdrəməsindən məharətlə yararlanıb. Doğma arenasında “Şamaxı”nı asanlıqla üstələyən Murad Musayevin yetirmələri turnir cədvəlinin 4-cü pilləsindəki bölgə təmsilçisi ilə xalları bərabərləşdirib və şəxsi oyunlara görə önə keçib. Ötən turda “Qarabağ”a 0:8 hesabı ilə yenilən “Şamaxı” isə ardıcıl ikinci dəfə darmadağına məruz qalıb. Bu görüşdə dubl edən “Sabah”ın hücumçusu Coy-Lens Mikels qollarının sayını 11-ə çatdırıb və bombardirlər yarışında şərikli liderliyə yüksəlib.

Autsayder “Səbail”in qonağı olan “Neftçi” rəqibin müqaviməti ilə üzləşib. Təxminən bir hissə azlıqda oynayan “ağ-qaralar” çətinliklə də olsa qələbə qazanmağa müvəffəq olub. Bununla lider “Qarabağ”ın ardından son çempion “Neftçi” də sona 4 tur qalmış avrokuboklara vəsiqəni rəsmiləşdirib.

Autsayderlər zonasında qərarlaşan digər komanda “Sumqayıt” isə “Zirə”ni qəbul edib. Səfərdə son dəqiqələrdə vurulan qolla qalib gələn qəsəbə təmsilçisi 3-cü pillədəki mövqeyini möhkəmlədib.

Azərbaycan Premyer Liqası
XXIV tur
24 aprel (bazar)
17:30. “Qəbələ” – “Qarabağ” - 0:2
Qollar: 
İbrahima Vadji, 6, 14
Baş hakim: İnqilab Məmmədov
“Qəbələ”: 1. Kristof Atanqana, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 5. İsnik Alimi, 4. Ruan Renato, 77. Emil Səfərov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 36. Elməddin Sultanov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 2. Samet Karakoç, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Məşqçi: Xaqani Məmmədov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borqes, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Qəbələ şəhər stadionu

18:30. “Sabah” – “Şamaxı” - 5:1
Qollar: 
Coy-Lens Mikels, 11, 29, Zurab Oçiqava, 25, Xulio Sezar Rodriges, 84, Aleksey İsayev, 90 - Felipe Santos, 50
Qırmızı vərəqə: Franko Flores, 90+2
Baş hakim: Fərid Hacıyev
“Sabah”: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodriges, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 99. Hiqor Qabriel, 21. İldar Alekperov, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
“Şamaxı”: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 2. İlkin Qırtımov, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 6. Franko Flores, 9. Natan Oduva, 13. Pərviz Azadov
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 8. Tural Axundov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 10. Felipe Santos, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov, 75. Vüsal Qənbərov
Baş məşqçi: Rüstəm Əliyev
“Bank Respublika Arena”

20:00. “Sumqayıt” – “Zirə” - 0:1
Qol: 
Davit Volkov, 90+1
Baş hakim: Elçin Məsiyev
“Sumqayıt”: 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 25. İlnur Valiev, 14. Elvin Bədəlov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 20. Ayxan Süleymanlı, 55. İbrahim Əliyev
Baş məşqçi: Aleksey Baqa
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Kapital Bank Arena”

20:00. “Səbail” – “Neftçi” - 0:1
Qol: 
Tiaqo Bezerra, 71
Qırmızı vərəqə: Ömər Buludov, 47
Baş hakim: Rəvan Həmzəzadə
“Səbail”: 1. Rəşad Əzizli, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov (k), 6. Cabir Əmirli, 39. Tural Bayramlı, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
“Neftçi”: 12. Kamran İbrahimov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 14. Eddi İsrafilov, 3. Mamadu Mbodj, 24. Yusuf Laval, 9. Tiaqo Bezerra, 7. Azər Əliyev, 77. Gilyerme Pato, 37. Vüsal Əsgərov
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
Baş məşqçi: Samir Abasov
“ASCO Arena”

1

Qarabağ

23

18

4

1

59-11

58

2

Neftçi

24

14

5

5

39-25

47

3

Zirə

24

12

6

6

32-24

42

4

Sabah

24

11

2

11

36-30

35

5

Qəbələ

24

9

8

7

32-33

35

6

Şamaxı

24

5

5

14

25-46

20

7

Sumqayıt

23

3

6

14

13-37

15

8

Səbail

24

4

2

18

17-47

14

Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Davit Volkov ("Zirə") - 11 qol, Filip Ozobiç, İbrahima Vadji (hər ikisi "Qarabağ") - 10 qol