“Qarabağ” gerilədi - REYTİNQ CƏDVƏLİ
31.01.2022 - 10:44
“Qarabağ” gerilədi - REYTİNQ CƏDVƏLİ

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2022-ci ilin yanvar ayı üçün son siyahıda qitənin 435 komandası yer alıb.

Azərbaycan cədvəldə üç klubla təmsil olunub. Ölkəmizin ən yaxşı təmsilçisi “Qarabağ”dır.

Qurban Qurbanovun yetirmələri ötən cədvəllə müqayisədə 1 pillə geriləyib. Ağdamlılar 214 xalla 85-cidir.

30 xala malik “Neftçi” 243-cü yerdə qalıb. “Qəbələ” isə bir addımlıq irəliləyişə nail olaraq 20 xalla Avropada 288-cidir.

Qeyd edək ki, siyahıya 2221 xalla “Real” başçılıq edir.