XXI əsrdə Azərbaycan Premyer Liqasında ən çox quru oyun keçirən komandalar müəyyənləşib.
Apasport.az saytının hesablamaları “Qarabağ”ın hamıdan öndə olduğunu üzə çıxarıb.
Ağdam klubu 2001-ci il yanvarın 1-dən indiyədək 272 matçda qapısını toxunulmaz saxlayıb. “Neftçi” “250” səddini adlasa da, liderdən xeyli geri qalıb.
İlk “üçlüy”ü qapayan “Keşlə”də də belə matçların sayı 200-dən çoxdur. Daha 4 klubun quru oyun sayı üçrəqəmli ədədlə ifadə olunur. “Top-11”dəki 4 komanda 100-dən az quru matça çıxıb.
1. “Qarabağ” - 272
2. “Neftçi” - 254
3. “Keşlə” - 238
4. “Bakı” - 163
5. “Qəbələ” - 160
6. “Xəzər Lənkəran” - 147
7. AZAL - 140
8. “Simurq” - 98
9. “Turan” - 86
10. “Kəpəz” - 82
11. “Sumqayıt” - 69