“Qarabağ” mövsümün əvvəlində “Ankaragücü”yə icarəyə verdiyi Kvabena Ovusu ilə birdəfəlik yollarını ayırır.
Apasport.az saytının “ghanasoccernet.com”a istinadən məlumatına görə, qanalı forvard hazırda formasını geyindiyi Türkiyə klubuna transfer olunmağa hazırlaşır.
Bu mövsüm TFF I Liqasında 20 oyunda 7 qol, 4 assistlə yadda qalan Ovusunun çıxışı paytaxt təmsilçisini qane edib. Bu üzdən “Ankaragücü” onu transfer etmək qərarına gəlib. Məlumatda bildirilir ki, Kvabenanın Türkiyə təmsilçisinə keçidi Azərbaycan klubuna da pul qazandıracaq.
Həmçinin Türkiyənin digər klubları da hücumçunun keçidində maraqlıdır. Onlar “Qarabağ”la “Ankaragücü” arasında danışıqların hansı məcrada keçəcəyini gözləyir.
Qeyd edək ki, Kvabena Ovusunun “Qarabağ”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.