İlk dəfə keçiriləcək Konfrans Liqasının birinci püşkatmasında iştirak edəcək 125 komandadan 98-i bəlli olub.
Apasport.az saytının məlumatına görə, bu komandalar I və II təsnifat mərhələsində mübarizə aparacaq.
İlk raundda qüvvəsini 70 komanda sınayacaq. Azərbaycan klubları isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
Bu turun püşkündə əvvəlki raundun 35 cütü və yarışa yeni qoşulacaq 55 klub qatılacaq. Artıq hər iki mərhələ iştirakçılarından bəzilərinin püşkdəki səbətləri bəlli olub.
Azərbaycan klubları da yer alacağı səbəti tanıyıb. İlk iki raundda oynayacağı dəqiqləşənlər arasında reytinqə görə 6-cı olan “Qarabağ” səpələnmişlərdən biridir. Ağdamlıları ilk rəqib qismində münasib rəqiblər gözləyir.
Aşağı reytinqə malik “Sumqayıt”la “Keşlə” də püşkdəki yerini bilib. Təmsilçilərimiz səpələnməmiş olacaq. Bu üzdən onlar püşkə ümid etməlidir. Əks-halda özləri üçün keçilməz rəqiblərlə düşə bilər.
Qeyd edək ki, ilk iki mərhələnin püşkü iyunun 15-16-da atılacaq.
Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Maribor” (Sloveniya)
“Fehervar” (Macarıstan)
“Dandolk” (İrlandiya)
“Suduva” (Litva)
TNS (Uels)
“Spartak” (Slovakiya)
“Olimpiya” (Sloveniya)
“Sarayevo” (Bosniya və Herseqovina)
“Klaksvik” (Farer adaları)
“KuPS” (Finlandiya)
“Hafnarfyordur” (İrlandiya)
“Sutyeska” (Monteneqro)
“Europa” (Cəbəllütariq)
“Liepaya” (Latviya)
“Hibernians” (Malta)
“Levadiya” (Estoniya)
“Drita” (Kosovo)
“Floriana” (Malta)
“Styarnan” (İslandiya)
“Uypeşt” (Macarıstan)
“Puşkaş Akademiyası (Macarıstan)
“Slensk” (Polşa)
Qeyri-müəyyənlər
“Şkupi” (Şimali Makedoniya)
“Petrokub” (Moldova)
“Runavik” (Farer adaları)
“Tre Penne” (San-Marino)
“Bala Taun” (Uels)
“Qzira” (Malta)
Səpələnməmişlər
“Breydablik” (İslandiya)
“Sent Cozef” (Cəbəllütariq)
“Milsami” (Moldova)
“Jalgiris” (Kaunas, Litva)
RFS (Latviya)
“İnter” (Finlandiya)
“Sileks” (Şimali Makedoniya)
“Panevejis” (Litva)
“Bohemians” (İrlandiya)
“Sliqo Rovers” (İrlandiya)
“Struqa” (Şimali Makedoniya)
“Sfantul” (Moldova)
“Birkirkara” (Malta)
“Valmiera” (Latviya)
“Qaqra” (Gürcüstan)
“Dinamo” (Batumi, Gürcüstan)
“Honka” (Finlandiya)
“Dila” (Gürcüstan)
“Sent Culiya” (Andorra)
“Llapi” (Kosovo)
“Mons” (Cəbəllütariq)
“Payde” (Estoniya)
“Deçiç” (Monteneqro)
“Podqoritsa” (Monteneqro)
II təsnifat mərhələsi
Səpələnmişlər
“Bazel” (İsveçrə)
“Kopenhagen” (Danimarka)
“Gent” (Belçika)
“Astana” (Qazaxıstan)
“Feyenoord” (Niderland)
“Qarabağ” (Azərbaycan)
“Styaua” (Rumıniya)
PAOK (Yunanıstan)
AEK (Yunanıstan)
“Partizan” (Serbiya)
BATE (Belarus)
“Molde” (Norveç)
“Rusenborq” (Norveç)
“Riyeka” (Xorvatiya)
“Apollon” (Kipr)
“Santa Klara” (Portuqaliya)
MOİK (Bolqarıstan)
“Hayduk” (Xorvatiya)
“Soçi” (Rusiya)
“Aberdin” (Şotlandiya)
“Hibernian” (Şotlandiya)
“Vorskla” (Poltava)
“Sivasspor” (Türkiyə)
“Osiyek” (Xorvatiya)
“Universtatya” (Rumıniya)
AEL (Kipr)
“Lütsern” (İsveçrə)
Qeyri-müəyyənlər
“Çukariçki” (Serbiya)
“Voyvodina” (Serbiya)
“Slovaçko” (Çexiya)
“Servett” (İsveçrə)
“Aris” (Yunanıstan)
Səpələnməmişlər
“Dinamo” (Brest, Belarus)
“Dunayska Ştreda” (Slovakiya)
“Aşdod” (İsrail)
“Valerenqa” (Norveç)
“Haken” (İsveç)
“Elfsborq” (İsveç)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan)
“Sumqayıt” (Azərbaycan)
“Keşlə” (Azərbaycan)
“Tobol” (Qazaxıstan)
“Şaxtyor” (Qazaxıstan)
“Torpedo” (Belarus)
“Rakuv” (Polşa)
“Poqon” (Polşa)