Avqustun 2-də Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu “Qarabağ”ın da mümkün rəqibi bəlli olacaq.
III təsnifat mərhələsində Kipr AEL-i ilə görüşəcək Qurban Qurbanovun yetirmələri püşkatmaya cüt şəklində qatılacaq. Bu cüt Əsas yolun püşkündə səpələnmiş olacaq.
Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə 34 iştirakçı olacaq. Avropa Liqasının III təsnifat mərhələsinin Liqa yolunun üç cütü də onlar arasındadır. Onların məğlubları bura düşəcək. “Qarabağ”ın səpələnməmişlər sırasındakı 17 mümkün variantı var.
Burada Almaniya “Union”u kimi çətin rəqib var. Həmçinin “Qalatasaray”, “Trabzonspor”, “Sivasspor” mümkün rəqiblər sırasındadır.
Qeyd edək ki, III təsnifat mərhələsinin görüşləri avqustun 5-də və 12-də, pley-offda 19-da və 26-da baş tutacaq.
Səpələnmişlər
“Roma” (İtaliya)
“Tottenhem” (İngiltərə)
“Uypeşt” (Macarıstan) – “Bazel” (İsveçrə) cütünün qalibi
“Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Kopenhagen” (Danimarka) cütünün qalibi
TNS (Uels) – “Viktoriya” (Çexiya)
RFS (Latviya) – “Gent” (Belçika)
“Laçi” (Albaniya) – “Anderlext” (Belçika) cütünün qalibi
“KuPS” (Finlandiya) – “Astana” (Qazaxıstan) cütünün qalibi
“Voyvodina” (Serbiya) – LASK (Avstriya) cütünün qalibi
“Lütsern” (İsveçrə) – “Feyenoord” (Niderland) cütünün qalibi
AEL (Kipr) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi
“Spartak” (Slovakiya) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi
“Bohemians” (İrlandiya) - PAOK (Yunanıstan) cütünün qalibi
“Renn” (Fransa)
“Soçi” (Rusiya) - “Partizan” (Serbiya) cütünün qalibi
“Şlensk” (Polşa) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi
“Yablonets” (Çexiya) – “Seltik” (Şotlandiya) cütünün məğlubu
Səpələnməmişlər
“Rapid” (Avstriya) – “Anortosis” (Kipr) cütünün məğlubu
“Qalatasaray” (Türkiyə) – “Sent Conston” (Şotlandiya) cütünün məğlubu
“Dinamo” (Batumi, Gürcüstan) – “Sivasspor” (Türkiyə) cütünün qalibi
“Santa Klara” (Portuqaliya) – “Olimpiya” (Sloveniya) cütünün qalibi
“Kolos” (Ukrayna) – “Şaxtyor” (Qazaxıstan) cütünün qalibi
“Elfsborq” (İsveç) – “Velej” (Bosniya və Herseqovina) cütünün qalibi
“Pakoş de Ferreyra” (Portuqaliya) – “Larne” (Şimali İrlandiya) cütünün qalibi
“Hibernian” (Şotlandiya) – “Riyeka” (Xorvatiya) cütünün qalibi
“Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi
“Union” (Almaniya)
“Trabzonspor” (Türkiyə) – “Molde” (Norveç) cütünün qalibi
“Rakov” (Polsa) – “Rubin” (Rusiya) cütünün qalibi
“Çukariçki” (Serbiya) – “Hammarbü” (İsveç) cütünün qalibi
“Tobol” (Qazaxıstan) – “Jilina” (Slovakiya) cütünün qalibi
MOİK (Bolqarıstan) – “Osiyek” (Xorvatiya) cütünün qalibi
“Rusenborq” (Norveç) – “Domjale” (Sloveniya) cütünün qalibi
“Vitess” (Niderland) – “Dandalk” (İrlandiya) cütünün qalibi