“Qarabağ” top görmədi – Sevilyada
29.11.2019 - 02:25
“Qarabağ” top görmədi – Sevilyada

Avropa Liqasının V turunun “Sevilya” – “Qarabağ” matçının statistik göstəriciləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2:0 hesabı ilə qalib gələn meydan sahibləri əksər komponentlərdə üstün olublar.

Qurban Qurbanovun yetirmələri yalnız daha çox künc zərbəsi yerinə yetirməklə fərqlənib. Qayda pozuntusuna da çox yol verən qonaqlar olub.

Topa nəzarətdə də aşkar üstünlük İspaniya klubunun tərəfində olub. Bu göstəricisi 30 faizə bərabər olan Azərbaycan çempionu az qala topsuz qalıb.

 

Sevilya

Qarabağ

Qollar

2

0

Zərbələr

13

5

Çərçivəyə

5

3

Çərçivədən yana

7

1

Blok edilən

1

1

Künc zərbələri

3

5

Ofsayd

1

1

Topa nəzarət faizi

70

30

Ötürmələr

762

294

Dəqiq

703

235

Dəqiqlik faizi

92

80

Qayda pozuntusu

10

13

Vərəqələr

0

0