“Qarabağ” üçün 54 min 120 avro 
17.12.2019 - 16:36
“Qarabağ” üçün 54 min 120 avro 

2018/19 mövsümündə avrokuboklarda iştirak etmiş Azərbaycan klublarının hesabına növbəti vəsait köçüb.

Apasport.az saytının məlumatına görə, Maliyyə Feyr-Pleyi qaydalarına əməl edilməməsi səbəbindən tutulan vəsaitin paylanması sayəsində təmsilçilərimiz də qazanc əldə ediblər.
 
Klublarımız üçün UEFA tərəfindən ayrılmış 73 min 170 avro vəsait AFFA-nın vasitəsilə onların hesabına köçürülüb. “Qarabağ” 54 min 120, “Keşlə”, “Qəbələ” və “Neftçi” 6 min 350 avro irəli düşüb.
 
Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda  Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.