“Qarabağ” üçün yeni rəqib - "Auqsburq"
03.07.2021 - 11:11
"Qarabağ"ın Avstriya toplanışında üçüncü rəqibi müəyyənləşib.
Apasport.az klubun saytına istinadən məlumat verir ki, Ağdam təmsilçisi iyulun 15-i Almaniya Bundesliqa təmsilçisi "Auqsburq"la qarşılaşacaq.
Oyunun başlama saatı hələ dəqiqləşməyib.
Qeyd edək ki, “Qarabağ” iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoldaşlıq oyunu keçirəcək.
0
0