Bu həftə Azərbaycan klublarının iştirakı ilə növbəti avrokubok oyunları keçiriləcək.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında oynayan “Qarabağ” III təsnifat mərhələsinin matçında “Molde” ilə üz-üzə gələcək.
Norveç təmsilçisi ilə qarşılaşma sentyabrın 16-da baş tutacaq. Avrokuboklarda ilk dəfə Azərbaycan klubu bu tarixdə meydana çıxacaq.
Ertəsi gün “Neftçi” Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə “Qalatasaray”ı ilə görüşəcək. Klublarımız sentyabrın 17-də iki oyun keçirsə də qalib gəlməyib.
2015/16 mövsümündə Avropa Liqasının qrupunda “Qəbələ” evdə Yunanıstan PAOK-u ilə qolsuz heç-heçə edib. Həmin gün “Qarabağ” İngiltərədə “Tottenhem”ə 1:3 hesabı ilə uduzub.