“Qarabağ” və “Neftçi”nin maraqlandığı hücumçu: “Komandamı dəyişəcəyəm”
03.02.2022 - 17:05
“Qarabağ” və “Neftçi”nin maraqlandığı hücumçu: “Komandamı dəyişəcəyəm”

Qış transfer dönəmində “Qarabağ” və “Neftçi”nin maraq dairəsində olan “Kayrat”ın hücumçusu Xose Kante komandasını dəyişəcəyini istisna etməyib.

Apasport.az saytının məlumatına görə, qvineyalı futbolçu bunu maliyyə problemi ilə əlaqələndirib.

İspaniya əsilli 32 yaşlı forvard həmçinin karyerasını uzun müddət davam etdirmək barədə düşünmədiyini də vurğulayıb: “Fiziki cəhətdən yaxşıyam. Hər matçda özümü “öldürürəm”. Karyeramı çox gec bitirməyəcəyəm. Çünki Vaqner Lavın yaşına çatanda hansı formada olacağımı bilmirəm. “Kayrat”la hələ birillik müqaviləm var. Ancaq bizə dedilər ki, bütün heyəti dəyişməyi planlaşdırırlar, qalmaq istəyənlərin maaşları kəsiləcək. Almatıda xoşbəxtəm, lakin bu baş versə, komandamı dəyişəcəyəm”.

Qeyd edək ki, Xose Kante “Kayrat”a ötən il “Legiya”dan keçib.