“Türkiyədə oynasam da, “Qarabağ”ı həmişə izləyirəm. Çünki bu klubda az müddət oynamamışam. Onların avrokuboklardakı nəticələrindən də məlumatlı idim”.
Bunu apasport.az saytına Türkiyənin “Fatih Karagümrük” klubunun futbolçusu İnnosent Emeqara deyib.
2014/15 və 2017/18 mövsümlərində Azərbaycan çempionu “Qarabağ”ın şərəfini qorumuş isveçrəli forvard Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsindəki çıxışı barədə fikirlərini açıqlayıb: “Qarabağ” güclü komandadır. Qrupda da yaxşı çıxış etdilər. Məncə, bu mövsüm “Qarabağ” 1/16 final mərhələsinə yüksəlmək üçün yaxşı şans əldə etmişdi. Təəssüf ki, alınmadı. Amma onların qarşıdakı mövsümlərdə də uğurlu nəticələr qazanacağına inanıram”.
İ.Emeqara yenidən Azərbaycan Premyer Liqasında oynamaq haqda düşünmədiyini söyləyib: “Azərbaycan klublarından təklif? Mən İstanbulda özümü xoşbəxt hiss edirəm”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı