“Qarabağ”a 260 min 500 avro
16.01.2020 - 11:57
Ağdamın “Qarabağ” klubuna UEFA-dan növbəti vəsait daxil olub.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin ikinci dövrəsinin matçlarında qazandığı məbləği alıb.
Qələbə və heç-heçələr üçün müəyyənləşdirdiyi mükafatlara əsasən “Qarabağ” 190 min avro əldə edib. Bu, IV-VI turlar çərçivəsindəki yeganə heç-heçəyə görə olub.
Ağdamlılar həmçinin əlavə bonusların paylanması qaydası əsasında da 70 min 500 avro qazanıb. Bu 260 min 500 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0