
Cari mövsümün davam edən ən uzun məğlubiyyətsiz oyunlar seriyaları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvələ “Porto” başçılıq edir.
Ümumilikdə 57 çempionat oyununda uduzmayan komanda cari mövsümün 29 görüşünü xalsız başa vurmayıb. Ən azı 13 matçda məğlub olmayan yüksək liqa klubları sırasında “Qarabağ” da var.
Qurban Qurbanovun yetirmələri Azərbaycan Premyer Liqasında 13 görüşdür xalsız qalmır. Ağdam klubu bu göstəricidə dünyada 16-cı yerə şərikdir. “Qarabağ” kimi “Zenit”lə “Tusker” də eyni göstəriciyə malikdir.
1. “Porto” (Portuqaliya) - 29
2. “Seltik” (Şotlandiya) – 27
3. “İstiqlal” (İran) – 24
4. “Əl-Sədd” (Qətər) – 22
5. “Yanq Afrikans” (Tanzaniya) – 19
6. ÇFR (Rumıniya) – 18
7. “Srvena Zvezda” (Serbiya) – 17
8-13. “Barselona” (İspaniya) – 15
“Viktoriya” (Çexiya) – 15
Şaxtyor” (Ukrayna) – 15
“Zrinski” (Bosniya və Herseqovina) – 15
“Əl-Riffa” (Bəhreyn) – 15
“Patum” (Tanzaniya) – 15
14-15. “Slovan” (Slovakiya) – 14
PAOK (Yunanıstan) – 14
16-18. “Qarabağ” (Azərbaycan) – 13
“Zenit” (Rusiya) – 13
“Tusker” (Keniya) – 13