“Qarabağ”da həsrət bitir – 4 saata
01.06.2020 - 11:51
“Qarabağ” klubu məşqləri bərpa edir.
Apasport.az saytına bu barədə klubdan məlumat verilib.
Koronavirus pandemiyası səbəbindən üç aya yaxındır ev şəraitində hazırlaşan Ağdam təmsilçisi bu gün bir araya gələcək. Komanda 16:00-da bazada toplaşacaq və mövsümün qalan hissəsi üçün hazırlığına start götürəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-dən bərpası qərar alınıb. XX turdan sonra “Qarabağ” 45 xalla turnir cədvəlinə başçılıq edir.
0
0