“Qarabağ”dan “Levski”yə gəlmək geriyə addım deyil” - Simeon Slavçev
23.12.2019 - 17:37
“Qarabağ”dan “Levski”yə gəlmək geriyə addım deyil” - Simeon Slavçev

“Çox həyəcanlıyam. “Levski”də oynamaq mənim arzum idi”.

Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan millisinin futbolçusu Simeon Slavçev deyib.

Son ilyarımda Azərbaycan çempionu “Qarabağ”ın şərəfini qoruyan yarımmüdafiəçi azad agent statusu ilə “Levski”yə keçib. 3 il Bolqarıstan klubunda oynayacaq futbolçu keçidinə münasibət bildirib: “Uşaq vaxtlarımdan bu komandanın azarkeşlərinin əyləşdiyi B sektorundan “Levski”ni dəstəkləmişəm. “Qarabağ”dan bura gəlmək geriyə addım deyil. Niyə belə olmalıdır axı?”.

S.Slavçev Azərbaycan karyerasına da toxunub. 26 yaşlı futbolçu son vaxtlar oynamamağını, lakin məşqlərinə ara vermədiyini açıqlayıb: “Son vaxtlar “Qarabağ”da oynamaq imkanım olmurdu. Amma mən məşqlərimə ara verməmişəm. Qış təlim-məşq toplanışının əvvəlində tam formada olacağam”.

Qeyd edək ki, S.Slavçev 2018-ci ilin yayında “Qarabağ”a transfer olunmuşdu.