“Qarabağ” Azərbaycan Premyer Liqasının XXIII turunda mövsümün rekorduna imza atıb.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi “Şamaxı” ilə qarşılaşmada buna nail olub.
“Azersun Arena”dakı görüşdə rəqibi 8:0 hesabı ilə məğlub edən “Qarabağ” mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Qurban Qurbanovun yetirmələri bununla “Qəbələ”nin göstəricisini keçib. “Qəbələ” IV turda “Səbail”in qapısından 5 cavabsız top keçirib.
Bu, həm də “Qarabağ”ın cari mövsüm çempionatda 9-cu böyükhesablı qalibiyyətidir. Buna qədər komandanın ən böyükhesablı qələbəsi 5:1 olub. Ağdamlılar XIII turda “Sabah”ı, XVIII turda “Qəbələ”ni XXI turda isə “Səbail”i bu fərqlə üstələyib.
“Qarabağ” həmçinin bu mövsüm “Səbail” (II tur - 3:0), “Neftçi” (4:0 - IX tur), “Sumqayıt” (4:0 - X tur, 3:0 - XXII tur) və “Zirə”ni (3:0 - XX tur) 3 və daha çox fərqlə məğlub edib.