“Düdelanj”la ilk görüşdə də favorit idik. Amma uduzduq. İndi gücümüzü səfərdə göstərməliyik”.
Apasport.az saytının məlumatına görə, bunu Kiprin APOEL klubunun futbolçusu Tomas de Vinsent deyib.
Argentinalı hücumçu Avropa Liqasının noyabrın 28-də keçiriləcək V turundan gözləntilərini açıqlayıb. Lüksemburqda “Düdelanj”la qarşılaşacaq APOEL-in legioneri ikinci yer uğrunda mübarizə apardıqları Azərbaycan çempionu “Qarabağ”la qiyabi mübarizədən də danışıb: “Qalib gəlsək, mərhələ keçməyə yaxın olacağıq. Biz qələbə qazanmaq niyyətindəyik. Bu, yeganə hədəfimizdir. Biz qrupdan çıxmaq istəyirik. “Qarabağ”dan daha güclü olduğumuzu bilirdik və bunu sübut etdik. “Sevilya” ilə isə çox çətin olacaq”.