“Qarabağ”dan ilk qələbə - YENİLƏNİB
22.01.2020 - 20:27
“Qarabağ”dan ilk qələbə - YENİLƏNİB

Ağdamın "Qarabağ" klubu Türkiyədə təşkil olunan təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşıb.

Bu, Qurban Qurbanovun yetirmələrinin Antalyada ikinci sınağı olub. İlk oyununda Rumıniya təmsilçisi “Akademika Kilinçeni”yə qalib gələ bilməyən (2:2) ağdamlılar ilk qələbəsini qazanıb. Mahir Emrelinin erkən qolu təmsilçimizin qalib gəlməsi üçün yetərli olub.

Qeyd edək ki, mövsümün ikinci yarısına qonşu ölkədə hazırlaşan “Qarabağ” daha 2 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla" klublarıyla üz-üzə gələcək.

Yoxlama oyunu
22 yanvar
18:00. “Qarabağ” – “Jetısu” (Qazaxıstan) - 1:0
Qol: Mahir Emreli, 5

 

0
Qarabağ Jetısu yoxlama oyunu