“Qarabağ”dan yeni rekord – “Neftçi” geri düşdü
21.04.2022 - 10:31
“Qarabağ”dan yeni rekord – “Neftçi” geri düşdü

“Qarabağ” Azərbaycan kubokunda 100-cü səfər qoluna imza atıb. 

Apasport.az saytının məlumatına görə, bu, “Qəbələ” ilə yarımfinalın ilk oyununa təsadüf edib. 

3:1 hesabı ilə qalib gələn Ağdam klubunun ikinci qolunun müəllifi İbrahima Vadji yubiley topuna imza atıb. Bu görüşədək keçirdiyi 68 səfər qarşılaşmasında 98 dəfə fərqlənən “Qarabağ” qol sayın 101-ə çatdırıb. Ağdamlıların 101-ci qoluna penaltidən Kadi Borqes imza atıb. “Köhlən atlar” bu qolla turnirin tarixində rekordçu olub. 

“Qarabağ” səfərdəki qol sayında 100 dəfə fərqlənən “Neftçi”ni keçib. Komandanın orta məhsuldarlığı 1,46-dır.