"Qarabağ"ı məğlub edəndən sonra cəmi 2 gün xoşbəxt olduq" - Mehdi Şərifi
30.11.2019 - 20:07
"Qarabağ"ı məğlub edəndən sonra cəmi 2 gün xoşbəxt olduq" - Mehdi Şərifi

"Bizim üçün vacib oyun idi. Topu yaxşı saxlaya bilirdik. Məğlubiyyətə layiq olmasaq da, qarşı tərəfi təbrik edirəm. Düşünürəm ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik".

Apasport.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın hücumçusu Mehdi Şərifi deyib.

İranlı futbolçu Azərbaycan Premyer Liqasının XIII turunda "Keşlə" ilə keçirilən oyunu dəyərləndirib. Şərifi ötən turda "Qarabağ"a qalib gəldikdən sonra bu gün "Keşlə"yə məğlubiyyəti (1:2) qarşılaşmadan sonra belə şərh edib: "Qarabağ"ı məğlub edəndən sonra cəmi 2 gün xoşbəxt olduq. Bunun sevincini 2 gün yaşadıq. Ardından "Keşlə" ilə görüş barədə düşünməyə başladıq. Hesab edirəm ki, bu gün də yaxşı çıxış etdik. Ümid edirəm ki, növbəti matçlarda daha çox "artıracağıq".

27 yaşlı forvard baş məşqçi Ayxan Abbasovun mətbuat konfransında "Futbolçular "Qarabağ"la oyunun təsirindən hələ də çıxa bilməyiblər" fikrinə də münasibət bildirib. Şərifi həmçinin öz çıxışına da qiymət verib: "Əgər baş məşqçi bu cür düşünürsə, deməli, belədir. Çünki o, bunu bizdən yaxşı bilir. Özüm haqda onu deyə bilərəm ki, "Qarabağ"la görüşdə çox səhvlər etdim. Amma bu gün daha yaxşı idim. Təbii ki, baş məşqçi fərqli düşünə bilər".