“Qarabağ”ın da yer aldığı qrupu dəyərləndirdi - “Vilyarreal”ın futbolçusu
09.10.2020 - 08:53
“Qarabağ”ın da yer aldığı qrupu dəyərləndirdi - “Vilyarreal”ın futbolçusu

“Bu mövsüm komandada daha güclü rəqabət var. Ancaq mən müxtəlif mövqelərdə oynayacaq potensiala malikəm”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Manu Trigeros deyib.

29 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında Avropa Liqasındakı şanslarını dəyərləndirib. O, “Qarabağ” (Azərbaycan), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”un (Türkiyə) yer aldığı İ qrupundan çıxacaqlarına inanır: “Avropa Liqasında oynayacağımız üçün həyəcanlıyıq. Bu turnirdə uzun yol qət edəcəyimizə inanıram. Düşünürəm ki, növbəti mərhələyə adlamaq üçün lazımi keyfiyyətimiz var. Düzdür, qrup matçları zamanı səfərlər çox uzun olacaq. Bu maneəyə baxmayaraq, məqsəd qrupdan çıxmaqdır”.

Qeyd edək ki, “Vilyarreal” qrupda ilk oyununu oktyabrın 22-də öz meydanında “Sivasspor”a qarşı keçirəcək.
 

0