Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün ən intizamlı və intizamsız komandaları bəlli olub.
Apasport.az saytının məlumatına görə, gümüş mükafatçı “Qarabağ” hamıdan intizamlı olub.
Qurban Qurbanovun yetirmələri cəmi 46 cərimə xalı toplayıb. Ağdamlılar 34 sarı və 3 qırmızı vərəqə görüb.
Çempionatın ən intizamsızı isə “Sabah”dır. Bakılılar 82 sarı və 6 qırmızı vərəqə ilə cəzalanıb.
“Qəbələ” və “Səbail”in üzvləri də eyni sayda qırmızı vərəqə görüb. Lakin bu klublar daha az xəbərdarlıq alıb.
|
klub |
s |
q |
ssq |
bq |
cərimə |
|
Qarabağ |
34 |
4 |
1 |
3 |
46 |
|
Səbail |
57 |
6 |
4 |
2 |
75 |
|
Zirə |
65 |
5 |
3 |
2 |
80 |
|
Sumqayıt |
81 |
1 |
0 |
1 |
84 |
|
Neftçi |
72 |
5 |
4 |
1 |
87 |
|
Keşlə |
77 |
5 |
2 |
3 |
92 |
|
Qəbələ |
80 |
6 |
5 |
1 |
98 |
|
Sabah |
82 |
6 |
5 |
1 |
100 |
S – sarı, q – qırmızı, ssq – ikinci sarı üzündən qırmızı, bq – birbaşa qırmızı.